
Dövlət Statistika Komitəsinə istinadən, 2024-cü ilin yanvar-iyun ayları ərzində yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,0 faiz artıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 113,2 milyon ton yük daşınıb. Yüklərin 3,6 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,2 faizi hava, 57,9 faizi avtomobil nəqliyyatı, 30,1 faizi isə boru kəməri ilə daşınıb.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5 faiz artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,0 faiz təşkil edib.
İstinad: fed
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı