Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat imkanları – Müsahibə

Azərbaycan, strateji coğrafi mövqesi ilə Cənubi Qafqaz regionunda önəmli bir mövqedə yerləşir. Bu mövqe, ölkəni beynəlxalq ticarət üçün əlverişli bir keçid mərkəzi edir, həmçinin enerji və nəqliyyat layihələri üçün əhəmiyyətli bir tranzit nöqtəsi kimi fəaliyyət göstərir.

Bunu Logistik.az-a açıqlamasında Logistika və beynəlxalq nəqliyyat texnologiyaları üzrə mütəxəssis Rüfət Məmmədli bildiribdir. Onun sözlərinə görə Azərbaycanın coğrafi mövqe və nəqliyyat imkanları bölgədə strateji keçid nöqtəsi olaraq potensialı daha da artırmış olur.

Rüfət Məmmədli: “Ölkəmizin coğrafi mövqeyi potensial olaraq bizi dünyanın logistik habına çevirməkdədir. Azərbaycan, Qafqaz dağlarının cənubunda, Rusiya, Gürcüstan, İran və Türkiyə ilə sərhəddə yerləşir. Bu əhəmiyyətli mövqe, ölkəni Avropa və Asiya arasında əlaqələndirən əsas keçid nöqtəsi kimi strateji əhəmiyyətli edir. Bakı şəhəri isə bu keçid mərkəzinin əsas nöqtəsidir və Azərbaycanı nəqliyyatda müxtəlif daşınma variantları ilə daha da üstün edir.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Azərbaycanın logistika sektorundakı inkişafı və potensialı regionun iqtisadiyyatında möhkəm əhəmiyyətə malikdir. Hər il infrastrukturun inkişafı, beynəlxalq ticarətin artımı və təcrübəli tərəfdaşlıqlar sayəsində logistika sahəsi daha da genişlənir. Gələcəkdə, Azərbaycanın bu sahədəki lider mövqeyini qorumaq və daha da məhsuldar inkişaf əldə etmək üçün əlavə tədbirlər gözlənilir. Azərbaycanın regionda beynəlxalq ticarəti inkişaf etdirəcək logistik layihələrə yatırımları həmçinin region ölkələrinin də inkişafına xidmət edir.

Xüsusi ilə də Orta Dəhlizə beynəlxalq ticarətdə artan maraq Azərbaycanı geosiyasi mövqedə daha da əhəmiyyətli edir. Son günlərdə Orta Dəhliz vasitəsi ilə həm dəmir yolu, həm də quru yolu ilə Çindən Azərbaycana daşınan yüklərin həcminin artması da Azərbaycanı ticarət əhəmiyyətli bir ölkəyə çevirir. Orta Dəhliz vasitəsi ilə daşımalarda tranzit vaxtın aşağı salınması da ticarətdə mühüm əhəmiyyətə malikdir.
Həmçinin Azərbaycan Şimal-Cənub dəhlizi, Şərq-Qərb dəhlizi kimi digər nəqliyyat layihələrinin iştirakçısıdır. Dünyada dəyişən geosiyasi vəziyyət Azərbaycanın logistik infrastrukturunun da inkişaf etməsini zəruri edir. ”

Ekspert əlavə olaraq qeyd edib ki, Azərbaycanın nəqliyyat infrastrukturu, beynəlxalq ticarət üçün çox əlverişlidir. Ölkədə quru, dəniz, dəmiryolu, hava və boru nəqliyyatı kimi müxtəlif nəqliyyat yolları mövcuddur.