Azərbaycanın qeyri-neft sektoru üzrə ixracın həcmi 10 faiz azalıb

Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz azalaraq 1 milyard 596,1 milyon ABŞ dolları təşkil etmişdir. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Qeyd edilib ki, müqayisə edilən dövrdə qeyri-neft sektoru üzrə ixracın həcmində azalmaya ixrac olunan elektrik enerjisinin həcminin azalması təsir etmişdir. 2024-cü ilin yanvar-iyun aylarında elektrik enerjisinin ixracı nəzərə alınmadan qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 1 milyard 545,0 milyon ABŞ dolları təşkil etmişdir.

İstinad: fed