Azərbaycanın xaricə satdığı yod – 22% UCUZLAŞIB – GƏLİRLƏR 34% AZALIB

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 3 milyon 64 min dollar dəyərində 54 ton yod ixrac olunub.

Dövlət Gömrük Komitəsinə istinadən yod ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1  milyon 566 min dollar və ya 33,8%, miqdar ifadəsilə 10 ton və ya 15,3% azalıb

2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 4 milyon 629 min dollar dəyərində 63 ton yod ixrac olunmuşdu.

1 kq yodun orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 97,12 manata başa gəlib ki, bu da illik müqayisədə 27,21 manat (21,9%) ucuzlaşma deməkdir.

Ötən ilin eyni dövründə yodun orta ixrac qiyməti  124,33 manata başa gəlib.

 

İstinad – Fed.az