Cənubi Çin dənizi mübahisəsi

Cənubi Çin dənizi sahilyanı ölkələr müstəqillik əldə etdikdən sonra İkinci Dünya Müharibəsindən bəri region ölkələri arasında suverenlik mübahisələrinin mərkəzində olub.

Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyini iddia edərkən, Vyetnam, Bruney və Malayziya ilə yanaşı, Filippin də yeraltı sərvətlərlə zəngin bölgədə haqq iddia edir.

ABŞ, eləcə də region ölkələri Çinin bölgədəki mübahisəli adalarda bazalar tikməsinə, mülki gəmi donanması və hərbi elementlərlə mövcudluğuna qarşı çıxır.

2016-cı ildə Filippinin müraciəti ilə bağlı verdiyi qərarda Haaqa Daimi Arbitraj Məhkəməsi Çinin Cənubi Çin dənizindəki birtərəfli suverenlik iddialarının qanuni olmadığına qərar verib.