
Cənubi Çin dənizində, iki ölkə arasında mübahisəli bölgədə Filippin təchizat gəmisi ilə Çin gəmisinin toqquşduğu bildirilib.
Çin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada Filippin təchizat gəmisinin Cənubi Çin Dənizi yaxınlığındakı sulara “qanunsuz olaraq girdiyi” və Çin gəmilərinə təhlükəli şəkildə yaxınlaşaraq “toqquşmaya səbəb olduğu” bildirilib.
Açıqlamada Filippin gəmisinin “Çin tərəfinin xəbərdarlığına məhəl qoymadığı” və toqquşma nəticəsində hər iki tərəfdə hər hansı dağıntı və ya xəsarət olub-olmaması ilə bağlı məlumat verilmədiyi bildirilib.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı