
Çin hakimiyyəti zəhərli maddələrin daşınması üçün nəzərdə tutulmuş çənlərdə yeyinti yağını daşıdığına görə 7 şirkəti ümumilikdə 1,5 milyon dollar cərimələyib.
Logistik.az “Bloomberg”ə istinadən xəbər verir ki, ən böyük cəriməni “Sinograin” dövlət şirkətinin bölməsi alıb – 401 min dollar.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Qanun pozuntuları iyulda məlum olub. Cərimələr Çin Dövlət Şurasının Qida Təhlükəsizliyi İdarəsi tərəfindən aparılan araşdırmadan sonra şirkətlərə verilib. Kimyəvi maddələr üçün çənlərdə neft daşıyan 2 sürücü də məsuliyyətə cəlb edilib.
Qeyd olunub ki, Çin səlahiyyətliləri 2008-ci ildə 300 min insanın saxta süddən zəhərləndiyi hadisədən sonra qida qalmaqallarına həssas yanaşır.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı