Çin gəmi xətti Arxangelskə yeni konteyner xidmətini işə salır

Logistik.az xəbər verir ki, “China NewNew Shipping” Çin limanlarını Rusiyanın Arxangelsk limanı ilə birləşdirən yeni xətti Şanxaydan Sankt-Peterburqa “Buz İpək Yolu” Arktika marşrutunu (“Ice Silk Road” Arctic route) işə salıb.

Ağ dənizdəki yeni xidmət “NewNew line” gəmilərinin Skandinaviya ətrafında tranzit keçməsi ehtiyacını aradan qaldıraraq, Çin-Rusiya Arktika dəniz əlaqəsini daha 1400 dəniz mili qısaldır.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Qeyd edək ki, yeni xidmətin geosiyasi əhəmiyyətinin əlaməti olaraq Çinin Rusiyadakı səfiri Arxangelsk qubernatorunun müşayiəti ilə Moskvada açılış mərasimində iştirak edib. Çin ticarət yolu Rusiya üçün həm mülki, həm də müdafiə məqsədlərinə görə həmişəkindən daha vacibdir.