Çin ilk dünyada ən böyük hesab edilən iki elektrik konteyner gəmisi sifariş edib

“Ningbo Ocean Shipping” şirkəti Çində ilk və dünyada ən böyük hesab edilən iki elektrik konteyner gəmisi sifariş edib.

Logistik.az xəbər verir ki, “Jiangxi Jiangxin Shipbuilding Co.”-nin inşa edəcəyi gəmilərin layihəsi Şanxay Gəmiqayırma Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən hazırlanıb.

Gəminin göyərtəsindəki texnologiyalar arasında istismar və sahildə texniki xidmət monitorinqi də olacaq. Sistemlər eyni zamanda gəmini uzaqdan sa idarə etməyə imkan verəcək.

Gəmilərin inşa tarixləri açıqlanmayıb. Layihə konsepsiyası, gəminin forması və bütün texnologiyalar ətraf mühitin mühafizəsini təmin etməyə uyğunlaşdırılacaq.

“Ningbo Ocean Shipping” şirkətinin əsası 30 il əvvəl qoyulub və hazırda şimal və cənub sahilləri və Yantszı çayı boyunca 39 limanı birləşdirən 33 konteyner xəttinə xidmət edir.