
Dəniz logistikasında diqqətə layiq bir nailiyyət olaraq, “COSCO SHIPPING” gəmisi “TIAN EN” cəmi iki gün ərzində 7 rezin təkərli portal kranın (RTGs) yüklənməsini uğurla başa çatdırıb.
Logistik.az xəbər verir ki, bu nəhəng rezin təkərli portal kranların (RTG-lərin) hər birinin çəkisi 130 tondur və ölçüləri isə uzunluğu 25 metr, eni 12 metr və hündürlüyü isə 28 metrdir. Bu nəhəng liman texnikası üçün təyinat yeri Meksikadır və Meksikada liman əməliyyatlarının təkmilləşdirilməsində mühüm rol oynayacaq.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Qeyd edək ki, “COSCO SHIPPING” son illərdə 300-dən çox analoji parçanı uğurla daşıyaraq, əsas liman maşın və avadanlıqlarının daşınmasında lider kimi nüfuzunu möhkəmləndirib. Bu son nailiyyət isə şirkətin qlobal miqyasda mürəkkəb logistikan daşımaları idarə etməkdə təcrübəsini və bacarığını sübut edir.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı