Gömrük sərhədindən qanunsuz keçirilmə halının qarşısı alınıb

Gömrük sərhədindən qanunsuz keçirilmə halının qarşısı alınaraq avtomobil ehtiyyat hissələri və güclü təsiredici dərman preparatları aşkarlanıb

Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən gömrük orqanına bəyan edilməyən avtomobil ehtiyat hissələri və dərman vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Belə ki, “Samur” gömrük postunun idxal nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsindən yük müşayiət sənədlərində qeyd olunmayan və düzgün şəkildə bəyan edilməyən külli miqdarda avtomobil ehtiyat hissələri, tibbi ləvazimatlar və 200 kapsul “Tramadol 50 mq”, 25 ampul “Tramadol 100mq/2ml” adlı dərman vasitələri aşkar olunub.

Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.