Gürcüstan ilə gömrük sərhəddində vəziyyət

Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1 300-ə qədər, Azərbaycandan Gürcüstana daxil olmaq istəyən nəqliyyat vasitələrinin sayı isə 676-dır və hazırda sıxlığın artması müşahidə edilməkdədir.

Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 675 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 1148 civarındadır.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Gürcüstan ilə sərhəddə Mazımqara Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1, bu posta istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 122 civarındadır.