Gürcüstan ilə gömrük sərhəddində yük avtomobil növbəsi 1000-dən çoxdur

Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1300-ə yaxınlaşıb və ciddi sıxlıq müşahidə edilməkdədir.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 800 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 1200 civarındadır.

Gürcüstan ilə sərhəddə Mazımqara Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 2, bu posta istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 130 civarındadır.