Gürcüstan ilə gömrük sərhəddində yük avtomobil növbəsi intensivdir – il sonu statistika

Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1 500-ə qədər, Azərbaycandan Gürcüstana daxil olmaq istəyən nəqliyyat vasitələrinin sayı isə 650 civarındadır və hazırda sıxlığın artması müşahidə edilməkdədir.

Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 650 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 1300 civarındadır.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Gürcüstan ilə sərhəddə Mazımqara Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1, bu posta istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 190 civarındadır.