
Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhədlərdə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı ötən günlərə nəzərən sabitdir və gözləyən yük avtomobillərinin sayı 520-a qədərdir.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 152 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 475 civarındadır.
Gürcüstan ilə sərhəddə Mazımqara Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 2, bu posta istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 44 civarındadır.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı