Husilər Çinə gedən tanker gəmisinə hücum edib

Logistik.az xəbər verir ki, Husilər Rusiyadan Çinə bitki yağı daşıyan ticarət gəmisinə hücum ediblər.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Rusiyadan Çinə bitki yağı daşıyan Panama bayraqlı, İsrailə məxsus və Monakoya məxsus ticarət gəmisi MT Bentley I ticarət gəmisinə pilotsuz dəniz vasitələri və ballistik raketlərlə hücum təşkil etdiyini açıqlayıb.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

CENTCOM-dan verilən açıqlamada, “İranın dəstəklədiyi husilər Qırmızı dənizdə Rusiyadan Çinə bitki yağı daşıyan Panama bayraqlı, İsrailə məxsus və Monakoya məxsus MT Bentley I tanker gəmisinə çoxsaylı hücumlar həyata keçirib. İranın dəstəklədiyi husilər bu hücumda 4 pilotsuz dəniz vasitəsi və iki kiçik qayıqdan istifadə ediblər. İranın dəstəklədiyi husilər daha sonra Yəməndə husilərin nəzarətində olan ərazidən Qırmızı dənizin o tayından MT Bentley I-ə doğru gəmi əleyhinə ballistik raket atıblar. “Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib”.