Husilər konteyner gəmisini və ABŞ Hərbi Dəniz Qüvvələrinin 2 gəmisini hədəf aldı

Yəmən husiləri Qırmızı dənizdə Liberiya bayraqlı konteyner gəmisi “Contship Ono” və Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki “Cole” və “Laboon” hərbi gəmisinə hücum edib.

Logistik.az xəbər verir ki, Husi qrupun hərbi sözçüsü Yəhya Sərinin sözlərinə görə, hücumlar ballistik raketlər və dronlarla həyata keçirilib.

Husilər Bab-əl-Məndeb boğazı, Ədən körfəzi və Qırmızı dəniz də daxil olmaqla mühüm dəniz yollarına zərbələri gücləndirib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Qeyd edək ki, əsas qlobal ticarət marşrutu olan Qırmızı Dəniz dəhlizi vasitəsilə daşımaların davamlı şəkildə pozulması münaqişənin beynəlxalq dəniz ticarətinə daha pis təsiri ilə nəticələnməkdədir.