Husilər qırmızı dənizdə hücuma məruz qalan gəmiyə yaxınlaşmağa icazə veriblər

Logistik.az xəbər verir ki, husilər keçən həftə Qırmızı dənizdə hücum etdikləri qəzalı neft tankeri “Sounion”-a xilasedici gəmilərin və yedək gəmilərinin yaxınlaşmasına icazə verib.

Yunanıstan bayraqlı xam neft tankerinə 150 ​​min ton və ya bir milyon barel xam neft yüklənib və bu yükü ilə tanker ekoloji təhlükəyə çevrilib. Əgər ki, gəmidə hər hansısa sızma olarsa, bu gəmiçilik tarixinə görə tarixdə ən böyük sızıntılardan biri ola bilər.

Qeyd edək ki, baş vermiş hadisəyə görə bir çox ölkə husilərə səslənərək bu fəlakətin qarşısını almaq üçün yedək gəmilərinin və xilasedici gəmilərin tankerə daxil olmasına icazə vermək üçün müvəqqəti atəşkəs istəyib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Husilər humanitar və ekoloji problemləri nəzərə alaraq bu tələbi qəbul ediblər.

Husilərin sözçüsü Məhəmməd Əbdülsəlam müvəqqəti olaraq atəşkəsin olmadığını, lakin qrup bir çox beynəlxalq təşkilatın onlarla əlaqə saxlamasından sonra neft tankerinin yedəklənməsinə icazə verildiyini bildirib.

“Sounion” neft tankeri Yəmənin Hudeydə liman şəhəri yaxınlığında bir neçə mərmi ilə hücuma məruz qalıb və gəmidən neft sızmasının olub-olmadığı təsdiqlənmir.