İran limanları konteyner dövriyyəsini 10% artırıb

İranın cənub-qərbindəki Huzistan əyalətinin Hürrəmşəhr limanında yük dövriyyəsi cari İran təqvim ilinin ilk dörd ayında (20 mart-21 iyul) ötən ilin eyni dövrü ilə müqayisədə 62% artıb. Bu barədə Hürrəmşəhr vilayətinin “Limanlar və Dəniz Gəmiçiliyi Departamenti”-nin baş direktoru Əli Əsgəri məlumat verib.

Onun sözlərinə görə, bu ilin ilk 4 ayında Hürrəmşəhr limanında 1 milyon 134 min ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 698 min ton olub.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

İranın Nəqliyyat və Şəhərsalma Nazirliyinin açıqladığı məlumatlara əsasən, İran limanlarında yüklərin yüklənməsi və boşaldılması 1402-ci İran təqvim ilində (martın 19-da başa çatmışdır) daha əvvəlki illə müqayisədə 4% artıb.

Konteyner sektorunda yüklərin aşırılmasında da 10% artımla 2,614 milyon TEU qeydə alınmışdır.

Istinad: iran.ru