
Rusiyadan Tunisə buğda daşıyan quru yük gəmisi 2024-cü il iyunun 28-də Mərmərə dənizində İstanbul sahillərində quruya çırpılıb.
Logistik.az “Demirören Haber Ajansı”-na istinadən xəbər verir ki, “Lady Ayana” kimi tanınan gəmi İstanbulun Avropa tərəfindəki Bakırköy bölgəsində lövbər salaraq saya oturub.
169 metr uzunluğundakı gəmi Qara dənizdən Mərmərə dənizinə qədər Boğaziçi boğazını keçib və Egey dənizinə, oradan da Aralıq dənizinə səyahətinə davam etməli idi.
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Agentliyi artıq xilasetmə əməliyyatlarına başladığını bildiribdir. Yerdə qalan gəmiyə kömək etmək üçün üç sürətli xilasetmə qayığı və bir yedək gəmisi ayrılıbdır. Yük gəmisinin xilas edilməsi, ekipajının və yükünün təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı
