
Logistik.az xəbər verir ki, Bosfor boğazından 416 milyon ton yük daşınıbdır. Bunu açıqlamasında Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildiribdir.
O, açıqlamasından bildirib ki, 2023-cü ildə cəmi 39 min gəmi hərəkəti ilə 416 milyon ton yük daşınıb və bu yüklərin təxminən 165 milyon tonu təhlükəli yüklər və neft olubdur.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Uraloğlu dünyanın ən əhəmiyyətli boğazlarından olan İstanbul və Çanaqqala boğazlarına nəzarət edən Türkiyənin Aralıq dənizi və Qara dəniz hövzəsindəki ölkələrin dəniz nəqliyyatı və beynəlxalq ticarət fəaliyyətləri baxımından əsas mövqedə olduğunu vurğulayıbdır.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı