
Logistik.az xəbər verir ki, Long Beach limanı Asia Cargo News oxucuları tərəfindən ardıcıl altıncı ildir ki, Şimali Amerikanın Ən Yaxşı Qərb Sahil Dəniz Limanı seçilib.
Bu mükafat iyunun 25-də Şanxayda keçirilən Asiya Yük, Logistika və Təchizat Zənciri Mükafatları zamanı elan edilib.
Asia Cargo News, xidmət keyfiyyəti, innovasiya, müştəri münasibətlərinin idarə edilməsi və etibarlılıqda liderlik və ardıcıllıq nümayiş etdirdiklərinə görə logistika sənayesi üzvlərini mükafatlandırır. Mükafatları idxalçılar, ixracatçılar, logistika və təchizat zənciri mütəxəssisləri qiymətləndirirlər.
Long Beach Limanının baş direktoru Mario Cordero bildiribdir ki, “Biz bir daha bu şərəfə layiq görüldüyümüz üçün minnətdarıq. Biz əməliyyat mükəmməlliyi təklif etməyə və Pier B dəmir yolu qurğumuz və bir çox davam edən sıfır emissiya layihələrimiz kimi liman infrastrukturuna sərmayə qoymağa davam etdiyimiz üçün tanınmağı yüksək qiymətləndiririk.”
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı