MSC Ukrayna və Türkiyə arasında reyslərə başlayır

Dünyanın ən böyük konteyner daşıyan şirkəti olan “Mediterranean Shipping Company” (MSC) Ukrayna ilə Türkiyə arasında dəniz səfərlərinə başlayıb. İlk konteyner gəmisi 2024-cü il iyulun 9-da Odessa limanına daxil olub.

Logistik.az xəbər verir ki, verilən açıqlamada Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başlatdığı hücumlardan sonra ilk konteyner gəmisinin Odessa limanına daxil olduğu vurğulanaraq, “700 TEU tutumlu “Levante F” konteyner fider gəmisi ilə Tekirdağ-Odessa üzrə səfərlər təşkil ediləcək.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Verilən açıqlamada eyni zamanda bu inkişafın digər dəniz daşıyıcıları üçün də nümunə olacağı ifadə edilib və aşağıdakı ifadələr yer alıb: “Ümid edirik ki, bu, Ukrayna iqtisadiyyatını birləşdirən və bütün dünya ilə ticarəti artırmaq üçün xidmətlərini yeniləyən tendensiyanı davam etdirəcək digər qlobal daşıyıcılara nümunə olacaq”.