Nəhəng yük gəmisi meymun çiçəyi virusuna görə karantinə alındı

Logistik.az xəbər verir ki, Argentina meymun çiçəyi virusu riskinə görə addımlar atmağa başlayıbdır. Braziliyadan gələn yük gəmisində şübhəli hal aşkarlandığından dolayı Səhiyyə Nazirliyi İctimai Səhiyyə Fövqəladə Protokolunu aktivləşdirib.

Afrikadan kənarda görülən “Monkey Pox” virusu hallarına yenisi əlavə edilib. Yük gəmisi Cənubi Amerika ölkəsi Argentinada şübhəli bir vəziyyətə görə lövbər salıb və karantinə alınıb.

Rosario şəhəri yaxınlığındakı Parana çayında karantinə alınan gəmi Braziliyanın Santos şəhərindən San Lorenso limanına doğru gedirdi. Argentinalı rəsmilər gəmidəki hindli ekipaj üzvünün sinə və üzündə dəri yaralarının olduğunu bildiriblər.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Şübhəli hadisəyə görə bu şəxs digər ekipaj üzvlərindən ayrılaraq karantinə alınıb.

ÜST məlumatlarına görə, bu il Amerika qitəsinin 13 ölkəsində digər “mpox” variantları ilə bağlı hallar qeydə alınıb. Virus yayılmaqda davam edir.