“Nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə” dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası 27 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”də dəyişiklik edib. Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Qərara əsasən, Azərbaycanın nəqliyyat donanması gəmilərində heyət üzvlərinin hazırlanması sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzləri ilə yanaşı digər fiziki və hüquqi şəxslər Dövlət Dəniz və Liman Agentliyinin verdiyi, həmin şəxslərin fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında şəhadətnaməyə malik olmalıdırlar. Şəhadətnamə 1 il müddətinə veriləcək. İndiyə qədər bu müddət 5 il idi.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Istinad: report