Neft tankeri qəza keçirib

Komor adalarının bayrağı altında üzən neft tankeri Oman sularında qəzaya uğrayıb. Bu barədə Sultanlığın Müdafiə Nazirliyi yanında Dəniz Təhlükəsizliyi Mərkəzi sosial şəbəkədə məlumat yayıb.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

“Komor adalarının bayrağı altında üzən neft tankeri Ras Madrakidən cənub-şərqdə 25 dəniz mili (təxminən 46 km – red.) məsafədəki Ed-Dukm bölgəsində çevrilib”, – paylaşımda qeyd olunub.

Rəsmilər axtarış-xilasetmə əməliyyatı aparır. Əlavə məlumat verilmir.

İstinad: report