Nigeriyada gəmidə partlayışda ölü sayı 20-dən çoxdur

Logistik.az “The Guardian Nigeria” qəzetinin verdiyi məlumata əsasən xəbər verir ki,  Nigeriyada gəmidə baş verən partlayış və yanğın ən azı 20 nəfərin ölümü ilə nəticələnib. “The Guardian Nigeria” qəzeti məlumat yayıb.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Hadisə ölkənin cənubundakı Bayelsa ştatında 64 sərnişin və yük daşıyan gəmidə baş verib.

Yanğının mümkün səbəbləri araşdırılır və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisə barəsində rəsmilər əməliyyat-axtarış nəticələri bəlli olduqdan sonra açıqlama verəcəkdir.