
Piraeus Liman İdarəsi keçən həftə səhmdarların İllik Ümumi Yığıncağını telekonfrans vasitəsilə, müəyyən edilmiş prosedurlara əməl edərək və 81,28% kvoruma nail olaraq keçirdi.
Logistik.az xəbər verir ki, Pirey limanı öz tarixində ən yüksək ümumi gəliri əldə edibdir ki, bu da 2023-cü il üçün 219,8 milyon avro təşkil edir. Baş tutan yığıncaq zamanı gündəliyin bütün məsələləri səs çoxluğu ilə təsdiq edilib.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Direktorlar Şurasının təklif etdiyi kimi, ümumi dividend məbləği 2022-ci illə müqayisədə 29 faiz artımı əks etdirən hər bir səhm üçün 1,34 avro (1,45 ABŞ dolları) müəyyən edilib.
Yığıncaq zamanı onlar Pireyi Aralıq dənizi və Avropanın ən yaxşı limanlarından biri kimi qurmaq üçün lazımi şərait yaradıldığını bildiriblər. Ən böyük Yunanıstan limanı sənayenin etibarlılığını və rəqabət qabiliyyətini təmin edərək yüksək keyfiyyətli inteqrasiya olunmuş liman xidmətlərini təqdim etməyə davam etdiyini vurğulayıblar.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı