“Qırmızı dəniz krizisi” dünya üzrə dəniz daşımalarına təsir edir, vəziyyət daha da kritikləşir – Xəbərdarlıq

Logistik.az xəbər verir ki, Danimarkanın gəmiçilik şirkəti “Maersk” bildirib ki, Qırmızı dənizdə konteyner daşımalarının pozulması Uzaq Şərq və Avropa arasındakı ticarət yollarına keçərək bütün qlobal şəbəkəyə yayılıb.

“Maersk” konteyner daşımalarında Asiya-Sakit Okean bazarının perspektivi ilə bağlı bəyanat yayıb.

Bəyanat:“Biz geosiyasi gərginliklər, iqlim dəyişikliyi və gözlənilməz hadisələr, eləcə də Qırmızı dənizdə davam edən vəziyyət və təchizat zəncirinin pozulması da daxil olmaqla müxtəlif problemlərlə üzləşirik” deyə qeyd edilibdir. Qırmızı dənizdəki vəziyyətin mənfi təsirinin davam etdiyinə diqqət çəkən açıqlamada, “Qırmızı dənizdəki vəziyyətin təsirləri dünya səviyyəsində artmağa davam edir, tədarük zəncirləri və müştərilərimiz üçün çətinliklər yaratmaqdadır.” bildirilib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Açıqlamada, Qırmızı dənizdəki vəziyyətin 2023-cü ilin dekabr ayından sənayedə fasilələrə səbəb olduğu, gəmilərin müvəqqəti olaraq istiqamətini dəyişərək Ümid burnu ətrafında daha uzun marşrutlar izlədiyi, qlobal təchizat zəncirləri üçün görünməmiş problemlərə səbəb olduğu qeyd edilib.

Açıqlamada Qırmızı dənizdə gəmilərə qarşı davam edən hücumların logistika və təchizat zəncirləri baxımından problemlər yaratdığına diqqət çəkilərək, önümüzdəki ayların həm daşıyıcılar, həm də müəssisələr və şirkətlər üçün daha da kritik olacağı xəbərdarlığı edilib.

Qeyd edək ki, Qırmızı dənizdəki problemlərə görə Sinqapur, Avstraliya və Şanxay da daxil olmaqla Asiyadakı limanlarda gecikmələrin daha da çoxaldığı vurğulanıb.