
“Dəniz Təhlükəsizliyi Agentliyi”-nin verdiyi məlumata görə, çərşənbə axşamı günü Yəmən sahillərində Qırmızı dənizdə iki xam neft tankeri gəmisinin hücuma məruz qalıb. Lakin hər iki xam neft daşıyan gəmiyə hər hansısa ciddi zərər dəyməyib.
Logistik.az xəbər verir ki, hücuma məruz qalan gəmilər xam neft daşıyan Liberiya bayraqlı “Delta Atlantica” və Panama bayraqlı “On Phoenix” gəmiləri olubdur. Husilər çərşənbə axşamı baş verən hücumlara görə məsuliyyəti üzərinə götürməyiblər.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Qeyd edək ki, Qırmızı Dəniz və Ədən Körfəzi Birgə Dəniz Məlumat Mərkəzi (“JMIC”) “Delta Atlantica” və “On Phoenix” gəmilərini çərşənbə axşamı hücumlarda hədəf alınan gəmilər kimi tanıyıb.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı