Qlobal konteyner daşımalarında qiymətlər 11 həftədən sonra ilk dəfə azalıb

Logistik.az xəbər verir ki, qlobal konteyner daşımaları qiymətlərində11 həftəlik artım sonrası hazırda enmə müşahidə edilməkdədir.

Beynəlxalq dəniz məlumatları və məsləhət şirkəti “Drewry” tərəfindən hazırlanan Dünya Konteyner İndeksi iyulun 25-də sona çatan bir həftəlik dövrdə 2% azalıb.

“Drewry” tərəfindən edilən şərhə görə, 40 metrlik konteyner üçün spot yük qiymətləri həftə içində 5 min 937 dollardan 5 min 806 dollara enib. İndeksdə keçən ilin eyni həftəsinə görə artım nisbəti 268% olub.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

İlin əvvəlindən bəri orta yükdaşıma qiyməti 3 min 886 dollar olaraq hesablanıb. Bu, 10 illik orta göstərici olan 2777 dollardan 1108 dollar yüksəkdir.

Qeyd edək ki, hazırda beynəlxalq konteyner daşımaları bazarında qiymətlər pandemiyadan əvvəlki məbləğdən 4 dəfə çox hesab olunur.