
Logistik.az xəbər verir ki, Sayma kanalında gəmiçilik mövsümü iyunun 24-dən başlayıb. Məlumata əsasən yük və sərnişin gəmiləri kanalda dekabrın 31-dək hərəkət edə biləcəklər.
Xatırladaq ki, Finlandiya hakimiyyəti birtərəfli qaydada 2024-cü il aprelin 15-dən etibarən Nuyyama vasitəsilə Sayma kanalı boyunca gəzinti gəmilərinin hərəkətini qeyri-müəyyən müddətə dayandırmışdı. Bundan əlavə, Finlandiyanın Haapasaari və Santio dövlət sərhədindən keçən dəniz keçid məntəqələri bağlanıb.
Sayma kanalı 2063-cü ilə qədər Rusiya hissəsini icarəyə götürən Finlandiyanın ən mühüm nəqliyyat arteriyası hesab olunur.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı