
Cənubi Afrika Respublikasının qərb sahillərində şiddətli fırtınada sürüklənən və yoxa çıxan yük gəmisinin axtarışları aparılır.
Logistik.az bildirir ki, Cənubi Afrika Dəniz Təhlükəsizliyi Təşkilatından (SAMSA) verilən açıqlamada, itmiş Panama bayraqlı “MV Ultra Galaxy” adlı gəmini xilasedici qayıqla tərk edən 18 nəfərlik heyətin 2 yük gəmisi, 1 balıqçı qayığı tərəfindən xilas edildiyi açıqlanıb. Ekipajın hamısının Filippin vətəndaşları olduğu bildirilib.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Sonuncu dəfə Doringbaai qəsəbəsindən 60 kilometr aralıda görünən gəminin axtarışlarının davam etdiyi bildirilib.
Digər tərəfdən, Keyptaun ətrafına təsir edən leysan yağışların səbəb olduğu daşqınlarda 7 mindən çox bina zərər görüb. Qeyd edək ki, Keyptaunda güclü yağışlar 7 min binaya ziyan vurub.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı