“Silk Way West Airlines” MMC-nin gəliri və xalis mənfəəti kəskin azalıb

“Silk Vey Vest Aviaşirkəti” MMC 2023-cü ili 82 milyon 54 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 939 milyon 878 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Silk Vey Vest Aviaşirkəti”nin xalis mənfəəti 91,3% (11,5 dəfə) azalıb. Xalis mənfəətin azalması aviaşirkətin gəlirinin kəskin azalması ilə əlaqədardır.

“Silk Vey Vest Aviaşirkəti”nin əsas əməliyyat gəliri 2022-ci ildə 3 milyard 225 miylon 6 min manat ikən, 2023-cü ildə 1 milyard 913, milyon 124 min manata düşüb (1 milyard 311 milyon 882 min manat və ya 40,7% azalıb).

Ötən il “Silk Vey Vest Aviaşirkəti”ni digər gəlirlər daxil cəmi gəlirləri 2 milyard 16 milyon 366 min manat olub.

31 dekabr 2023-cü il tarixində “Silk Vey Vest Aviaşirkəti” 3 milyard 40 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 2 milyard 680 milyon manat cəmi aktivlərə malik idi.

“Silk Way West Airlines” (Silk Vey Vest Aviaşirkəti) baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkəti.

 

İstinad: Marja