Sinqapur limanı Qırmızı Dəniz krizisinə görə 90% gəmi gecikmələri ilə üzləşir

Sinqapurun Nəqliyyat naziri Chee Hong Tat-ın sözlərinə görə, konteyner gəmilərinin demək olar ki, 90%-i Sinqapura qrafikdən kənar gəlir ki, bu da 2023-cü ilə görə müqaisədə 77%-dən çox artım deməkdir.

Logistik.az xəbər verir ki, Qırmızı dəniz böhranına görə davam edəm gecikmələr və gəmilərin Ümid burnu ətrafından Avropa və Asiya arasında daha uzun marşrutlara keçməsi də dəniz nəqliyyatı və konteyner dövriyyəsində əhəmiyyətli dərəcədə problemlər yaşadır.

Əhəmiyyətli daşıma qovşağı olan Sinqapur xüsusilə bu problemdən təsirlənmişdir. Sinqapura plansız gələn və plansız formada yan alan gəmilər on günlərlə liman tıxaclarına səbəb olur.

Qeyd edək ki, bu Qırmızı dəniz böhranı xüsusi ilə də qlobal dəniz daşıma bazarına da ciddi qiymət artımları ilə təsir edir.