Türkiyə Yunanıstanda hərbi təlimlərdə iştirak edəcək

Türkiyə Yunanıstanda keçirilən “Dynamic Guard-II/2024” Elektron Hərəkat Təliminə qatılacaq. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə təlimlərdə NATO Daimi Dəniz Xidmətinin 2-ci qrupunda xidmət edən “TCG Yıldırım” gəmisi ilə iştirak edəcək.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Təlimlər dünəndən başlayıb və sentyabrın 6-dək davam edəcək.

istinad: oxu