Yəmən sahillərində gəmiyə növbəti hücum cəhdi olub

 

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) dünən Yəmənin Moha (Mokka) limanı yaxınlığında gəmiyə hücum edildiyini bildirib. Bu barədə qurumun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

“UKMTO Yəmənin Moha şəhərindən 40 dəniz mili (təxminən 74 km) cənubda insident barədə məlumat alıb”, – paylaşımda qeyd edilib.

Bildirilib ki, hadisə hücum kimi təsnif edilir və səlahiyyətlilər araşdırma aparır.

İstinad: Report