Yaponiyanın metanolla işləyən ilk yük-sərnişin Ro-Ro gəmilərini inşa ediləcək

“Mitsubishi Shipbuilding” (“Mitsubishi Heavy Industries”, “MHI” qrupuna daxildir) təkərli yüklərin və sərnişinlərin daşınması üçün Yaponiyanın ilk metanolla işləyən gəmilərini inşa edəcək.

Sifarişlər Yaponiyanın yerli gəmiçilik şirkətlərindən – “Toyofuji Shipping” və “Fukuju Shipping” daşıyıcılarından gəlib.

Hər iki Ro-Ro gəmisi “MHI Shimonoseki Shipyard & Machinery Works”-ə məxsus “Enura” gəmiqayırma zavodunda tikiləcək. Razılaşmaya əsasən, gəmilər 2027-ci maliyyə ilinin sonuna kimi sifarişçilərə təhvil veriləcək.

Gəminin uzunluğu 169,9 metr, eni 30,2 metr, ümumi tutumu 15 750 ton, yükgötürmə qabiliyyəti 2,3 min sərnişin avtomobili, əməliyyat sürəti 21 düyündür.

 

İstinad: Bloomberg