Nəqliyyat xəbərləri

Bakı Hava Limanına da dəmir yolu çəkiləcək – RƏSMİ

  Hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib. O bildirib ki, eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub. Bu işlər də mərhələli qaydada görüləcək.   İstinad: Apa

Ətraflı oxu »

Şengen növbələri yük maşınlarını qurudan dənizə yönləndirirdi

Bolqarıstanın Şengenə daxil olması ilə sərhəd qapılarında 28 kilometr uzunluğa qədər yük maşınları növbələri yarandı ki, bu da ixracatçıları dəniz daşımalarına apardı. Şengen ölkələrinə Ro-Ro və konteyner daşımalarına tələbatın xeyli artdığı müşahidə edilir. Bolqarıstanın Şengenə qoşulmasından sonra bu ölkəyə Türkiyədən girişdə nəzarətin gücləndirilməsi magistral yolda fasilələr yaradıb. Həftə sonu Türkiyənin sərhəd qapılarında yük maşınlarının növbələri 30 kilometrə, nəqliyyat vasitələrinin gözləmə …

Ətraflı oxu »

Çindən Orta Dəhlizlə 40 blok qatarının göndərilməsi bu ay üçün planlaşdırılır

Bu ay Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə 40 blok qatarının göndərilməsi planlaşdırılır. Bunu açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib. Onun sözlərinə görə, bununla bağlı müzakirələr səhmdar cəmiyyətinin nümayəndə heyətinin Çinə səfəri zamanı olub. “Görüşlərdə Orta Dəhlizlə daşınan yüklərin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, bu ilin sonuna qədər 250-dən çox blok qatarının göndərilməsi gözlənilir. …

Ətraflı oxu »

Avstriyanın yükdaşıma şirkəti bu ay Orta Dəhlizlə Çinə blok qatarı göndərəcək

Bu ay “Avstriya Dəmir Yolları”nın yükdaşıma şirkəti – “Rail Cargo” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çinə blok qatarı göndərəcək. Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib. Onun sözlərinə görə, Avstriya Dəmir Yolları ilə ciddi razılıq əldə edilib: “Onları bu marşruta yenidən gəlməyə inandırdıq. Onlar Orta Dəhlizdən əvvəl istifadə ediblər”. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, …

Ətraflı oxu »

ADY: Şərq-Qərb dəhlizi boyu Azərbaycan üzərindən keçən yüklərə tam nəzarət edilir

Şərq-Qərb dəhlizi boyu Azərbaycan üzərindən keçən yüklərin tam olaraq monitorinqi aparılır və buna görə hər hansı gecikməyə yol verilmir. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommersiya departamentinin müdiri Məmməd Həmidov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan “Orta Dəhliz: perspektivlər və çağırışlar” paneli çərçivəsində deyib. O bildirib ki, yük həcmləri üzrə 2024-cü il may ayının sonunda ötən ilin müvafiq dövrü ilə müqayisədə …

Ətraflı oxu »

Pakistandan Azərbaycana ilk multi-modal yükün çatdırılması həyata keçirilib

İlk dəfə olaraq Pakistandan Azərbaycana multi-modal yükün çatdırılması baş tutmuşdur. Logistik.az xəbər verir ki, Pakistanın Kəraçi şəhərindən yola düşən yük karvanı Əfqanıstan, Özbəkistan, Qazaxıstanın Aktau limanından keçərək Bakı limanına çatdırılıb. Məlumata görə, Pakistanda fəaliyyət göstərən daşıma şirkətlərindən biri tərəfindən həyata keçirilən proses kifayət qədər rahat olub. Həm sifariş edən, həm də daşımada iştirak edən şəxslər bu marşrutun səmərəliliyindən razılıq ediblər. …

Ətraflı oxu »

AB və Qazaxıstan Orta Dəhliz üçün koordinasiya platformasını işə salır

Avropa Komissiyası və Qazaxıstan Nəqliyyat Nazirliyi bu gün Astanada Transxəzər Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) Koordinasiya Platformasını işə salıb. “Tədbirdə Mərkəzi Asiya ölkələrinin və dəhliz boyu yerləşən digər ölkələrin, eləcə də beynəlxalq maliyyə institutlarının və Avropa İttifaqına (Aİ) daxil olmayan G7 ölkələrinin nümayəndələri iştirak ediblər. Yeni platforma 15 gün və ya daha az müddətdə Avropanı Asiya ilə birləşdirən multimodal və rəqabətli marşruta …

Ətraflı oxu »

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 14-19 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Logistik.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)-dan əldə etdiyi məlumata əsasən,  şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin …

Ətraflı oxu »

ADY “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu qatarlarını istifadəyə verib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu gün İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verib. APA xəbər verir ki, bununla bağlı təşkil olunan mediaturda jurnalistlərə bildirilib ki, 2019-cu ildə ADY ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən …

Ətraflı oxu »

ADY sədri: Qatarların dünya standartlarına uyğunlaşdırılması üçün işlər görülür

Sərnişindaşımada əsas prioritet məsələlərimizdən biri xidmət coğrafiyasının genişləndirilməsi deyil, xidmət keyfiyyətinin artırılmasıdır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bu gün İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarların istifadəyə verilməsilə bağlı tədbirdə deyib. Sədr əlavə edib ki, qatarların dünya standartlarına …

Ətraflı oxu »