Bu gün Aktauda Qazaxıstan, İran, Türkmənistan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutunun potensialının 2024-2025-ci illər üçün sinxron inkişafı üzrə Yol Xəritəsi imzalanıb. İmzalanma mərasimi Qazaxıstan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 19-dan etibarən birinci “Şimal-Cənub” nəqliyyat ticarət və ixrac forumunun keçirildiyi Aktau şəhərində baş tutub. “Şimal-Cənub” nəqliyyat dəhlizi Fars körfəzinin limanlarında sonuncu məntəqə və Hindistana gələcək çıxış imkanı …
Ətraflı oxu »Xəbərlər
AQTA yem və preparatları ölkəyə buraxmır, quşçuluq şirkətləri iflas ola bilər
Azərbaycanda yumurta və toyuq ətinin bahalaşmasına səbəb ola biləcək problemlər yaranıb. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) sahibkarlarla AQTA arasında yaranan problemlə bağlı açıqlama yayıb. “Azərbaycan quşçuluq təsərrüfatları ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Əhalinin qida rasionunda kifayət qədər yüksək paya malik yumurta və toyuq əti istehsalında davamlı artımı təmin etmək üçün quşçuluq təsərrüfatları investisiyaları artırmalı, …
Ətraflı oxu »Bu ilin ilk 6 ayında 52,6 milyon dollarlıq azot gübrəsi ixrac olunub
Bu ilin yanvar-iyun aylarında ölkədən 52,6 milyon ABŞ dolları dəyərində 270,3 min tondan çox azot gübrəsi ixrac olunub. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 20,6 milyon dollar və ya 64,2%, həcm baxımından isə 157,3 min ton və ya 2,4 dəfə çoxdur. Ötən ilin 6 ayı ərzində 32,1 milyon dollar dəyərində 113 min …
Ətraflı oxu »San-Fransisko körfəzində hidrogenlə işləyən gəmi hərəkət edəcək
İyulun 19-dan San-Fransisko körfəzində hidrogenlə işləyən dünyanın ilk kommersiya sərnişin gəmisi hərəkət edəcək. Bu hadisə dizellə işləyən gəmilərdən imtina edilməsi, iqlim dəyişikliyinin qarşısını almaq və karbon emissiyalarının azaldılması planının bir hissəsidir. Uzunluğu 21 metr olan “MV Sea Change” gəmisi 75 sərnişin tutumuna malikdir. Pilot proqramı çərçivəsində ilk altı ay gediş-gəliş pulsuz olacaq. “Sea Change” təxminən 300 dəniz mili (550 km) …
Ətraflı oxu »Azərbaycanın avtomobil yollarında 51 ədəd elektron tərəzi quraşdırılacaq
Azərbaycanın avtomobil yollarında 31 yerdə 51 ədəd elektron tərəzinin quraşdırılması nəzərdə tutulub. Logistik.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. “İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbin pozulması hallarının müəyyən edilməsi məqsədilə bu parametrləri ölçən texniki vasitələrin …
Ətraflı oxu »Süveyş kanalının gəlirləri husilərə görə azalmaqda davam edir
Logistik.az xəbər verir ki, Yəməndə fəaliyyət göstərən “Husi” terrorçularının ötən ilin noyabrından bəri Qırmızı dənizdə gəmilərə hücumları nəticəsində şirkətlər təhlükəsizlik məqsədilə alternativ yollara üstünlük verməyə başlayıblar. Bu barədə Süveyş Kanalı İdarəsinin rəisi Üsamə Rəbi ABŞ Mərkəzi Komandanlığının komandiri Maykl Kurilla ilə Qahirədə görüşü zamanı bildirib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Görüş zamanı Süveyş Kanalı İdarəsinin rəisi “2023-2024 maliyyə …
Ətraflı oxu »Gürcüstan ilə gömrük sərhəddində yük avtomobil növbəsi nisbətən azalıb
Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhədlərdə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı ötən günlərə nəzərən nisbətən azalıb və gözləyən yük avtomobillərinin sayı 800-ə qədərdir. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 356 …
Ətraflı oxu »Baş nazir: Gürcüstanın Orta Dəhliz boyunca tranzit funksiyasının inkişafı Avropa üçün mühüm rol oynayacaq
Gürcüstan Şərqlə Qərb arasında nəqliyyat dəhlizi və enerji əlaqəsi baxımından Avropa üçün xüsusi rol oynaya bilər. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Oksfordda “Avropa Siyasi Birliyi”nin IV Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Onun sözlərinə görə, Gürcüstanda ölkənin tranzit funksiyasını gücləndirəcək bir sıra layihələr həyata keçirilir: “Bizim hələ də tranzit funksiyamızı gücləndirəcək bir sıra …
Ətraflı oxu »Çay ixracı Azərbaycana 6 ayda 3,1 milyon dollar valyuta qazandırıb
Dövlət Gömrük Komitəsinə istinadən, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 3 milyon 123 min dollar dəyərində 345 ton çay ixrac olunub. Çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 104,5 min dollar və ya 4% , miqdar ifadəsilə 10 ton və ya 3% artıb. 2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 3 milyon 18 min dollar dəyərində 335 ton …
Ətraflı oxu »Azərbaycanın şəkər ixracından gəlirləri azalıb – RƏQƏMLƏR
Dövlət Gömrük Komitəsinə istinadən, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 13 milyon 574 min dollar dəyərində 17 min 753 ton şəkər ixrac olunub. Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 180 min dollar və ya 8% , miqdar ifadəsilə 2 min 510 ton və ya 12% azalıb. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə 2023-cü ilin …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı