Xəbərlər

Qırmızı dənizdə Husilərin vurduğu yük gəmisi batdı

İyunun 12-də Yəmənin liman şəhəri Hudeyda sahillərində “Ansar Allah” hərəkatının husi qüvvələri tərəfindən hücuma məruz qalan gəmi Qırmızı dənizdə batıb. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Nəqliyyatı Koordinasiya Mərkəzi məlumat yayıb. Gəminin vurulduğu ərazidə onun qalıqları və neft tapılıb. “Ambrey” dəniz təhlükəsizliyi şirkətinin məlumatına görə, sözügedən yük gəmisi Liberiya bayrağı altında Qırmızı dəniz vasitəsilə Hindistana gedən Yunanıstana məxsus “Tutor” yük …

Ətraflı oxu »

Konteynerlərin aşırılması həcminə görə Aktau limanı rekorda imza atdı

Qazaxıstanın Aktau dəniz limanı 2024-cü ilin may ayında 5,1 min TEU-dan çox yük aşırıb və konteyner aşırmalarının aylıq həcminə görə öz rekordunu müəyyənləşdirib. Bu barədə “Qazaxıstan Dəmir yolu” SC-nin mətbuat xidməti məlumat yayıb. “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən Avropa ölkələrinə gedən yüklər də daxil olmaqla, konteyner aşırmalarında yüksək artım qeydə alınıb”, – deyə dəniz limanının baş dispetçeri Vadim Novikov …

Ətraflı oxu »

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Logistik.az xəbər verir ki, Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında hava nəqliyyatında gömrük nəzarətinin təşkili, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı görüş keçirilib. İstanbul hava limanında keçirilən görüşdə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirov və Komitənin Türkiyə Respublikasında nümayəndəsi Əsgər Məmmədov, İstanbul hava limanının gömrük idarəsinin əməkdaşları iştirak edib. Görüşdə hava …

Ətraflı oxu »

“Turkish Cargo” ixrac yüklərini endirimlərlə daşımaqdadır

Logistik.az xəbər verir ki, “Turkish Cargo” Türkiyənin ixracatına töhfə verməyə davam edir. Aparıcı daşıyıcı daha əvvəl TİM (Türkiyə İxracatçılar Məclisi) ilə bağladığı endirimli yük daşımaları müqaviləsini yeniləyib. Yenilənmiş müqavilə çərçivəsində Turkish Cargo, Anadolunun hər yerində istehsal olunan məhsulları 30 ölkədə 40 nöqtəyə yüzdə 30-a qədər müxtəlif endirimlərlə daşıyacaq. Ümumi yük, tez xarab olan yüklər, yumurta, balıq, ət, meyvə-tərəvəz daşımalarını əhatə …

Ətraflı oxu »

Rəşt-Xəzər limanı dəmir yolunun açılışı həyata keçdi

İranın Ənzəli şəhərində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Xəzər limanı dəmiryol xətti istifadəyə verilib. “Azad İran” “Telegram” kanalı İran mətbuatına istinadən xəbər verir ki, İranın şimalındakı Gilan əyalətində yerləşən Ənzəli Azad Ticarət və Sənaye Zonasında təşkil edilən mərasimdə İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberin iştirakı ilə Rəşt şəhərini Xəzər limanı ilə birləşdirən layihənin açılış mərasimi keçirilib. Məlumata …

Ətraflı oxu »

Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 56 %-i tamamlanıb

“Azərbaycan Dəmir Yolları” QSC Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 56 %-ni tamamlayıb. Logistik.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. “Dəmir yolunda tikinti işləri sürətlə davam etdirilir. Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir”, – deyə məlumatda qeyd olunub.

Ətraflı oxu »

İranda “Şimal-Cənub” layihəsi çərçivəsində dəmir yolu xətti istifadəyə verilib

  İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan, Xəzər dənizinin cənub sahilində yerləşən Gilan vilayətində Rəşt-Xəzər dəmir yolu xəttini istifadəyə verib. “İran prezidenti səlahiyyətlərini icra edən Məhəmməd Mohberin iştirakı ilə Rəşt-Xəzər dəmir yolunun bir hissəsi istifadəyə verilib”, – məlumatda qeyd edilib. 37 kilometr uzunluğunda olan Rəşt-Xəzər dəmir yolu İranın cənub və şimal limanlarını birləşdirməyə imkan verir. Bu, Xəzər dənizi …

Ətraflı oxu »

Qazaxıstan Senatı Orta Dəhlizin inkişafına dair sazişləri təsdiqləyib

Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) Türkdilli ölkələr arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) və birləşmiş yük daşımalarının inkişafına yönəlmiş bir sıra beynəlxalq sazişləri ratifikasiya edib. Bildirilib ki, deputatlar Türk Dövlətləri Təşkilatına (TDD) üzv ölkələrin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında sazişi və Qazaxıstan və Çin arasında beynəlxalq avtomobil daşımaları haqqında hökumətlərarası sazişi ratifikasiya ediblər. Orta Dəhlizin …

Ətraflı oxu »

Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçirilir

Bakıda “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin sponsorluğu ilə “Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans” keçirilir. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan daxil olmaqla 20-yə yaxın dövlət qurumu və ümumilikdə Xəzər, Aralıq dənizi və Qara Dəniz sahili ətrafı 10 ölkədən nümayəndələr iştirak edirlər. Konfransda “United Alliance Group LTD” …

Ətraflı oxu »

“STP Şirkətlər Qrupu” yeni əməkdaşlığa imza atıb

“Almet Holding” ASC və “STP Şirkətlər Qrupu” arasında qrupa məxsus Armatur İstehsalı Zavodunun idarə edilməsinə dair birgə əməkdaşlığa imza atılıb. Tərəflərin imzaladığı müqaviləyə əsasən, “Almet Holding” ASC-nin törəmə şirkəti olan “ASPM” MMC sözügedən zavodda armaturun istehsalını həyata keçirəcək. “STP Şirkətlər Qrupu” tərəfindən verilən məlumatda, zavodun fəaliyyətində məhsuldarlığın artırılması baxımından bu tərəfdaşlığın çox səmərəli olacağı vurğulanıb. İstehsalat prosesində tərəflərin potensial və …

Ətraflı oxu »