Son əlavə olunan xəbərlər

Orta Dəhlizə yeni yüklərin cəlb olunmasını müzakirə edilib

ADY sədri Rövşən Rüstəmov özbəkistanlı və tacikistanlı həmkarları ilə Orta Dəhlizə yeni yüklərin cəlb olunmasını müzakirə edib. Özbəkistanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri Zufar Narzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoali ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib. Logistik.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, …

Ətraflı oxu »

Çin şirkəti Azərbaycandan xaricə 4 milyon kvadratmetr plitə ixrac edəcək

Sumqayıt Kimya Sənaye Parkının keramik plitələr (kafel, metlax) istehsalı ilə məşğul olan rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin bu il ərzində 4 milyon kvadratmetr məhsul ixrac edəcəyi gözlənilir. Qeyd edilib ki, ötən ilin oktyabrından fəaliyyətə başlayan “Azərbaycan Vanhong Ceramics Co.” 110 min kvadrat metr sahəni əhatə edən məhsul ixrac edib. Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə istehsal …

Ətraflı oxu »

İlk dəfə birbaşa Çindən Azərbaycan avtomobilləri ilə yük gətirilib

Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib. Logistik.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata əsasən, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb. Qeyd edək ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. …

Ətraflı oxu »

SOCAR Türkiyədə bir nömrəli transport şirkəti ilə çalışacaq

“SOCAR Turkey Yatırım A.Ş.”-nin törəmə şirkəti olan “STAR Rafineri A.Ş.” və “Hareket Proje Taşımacılığı ve Yük Mühendisliği A.Ş” böyük bir layihə üzərində birgə işləmək barədə razılığa gəliblər. Logistik.az xəbər verir ki, Təmir işləri 2 ay davam edəcək STAR neft emalı zavodunun planlaşdırılmış dayanma müddətinin 2 ay davam etməsi layihənin çətinlik səviyyəsini artırır. “Hareket Proje Taşımacılığı ve Yük Mühendisliği A.Ş.” 2018-ci ildə …

Ətraflı oxu »

Karqo nəhəngi iflas edir

Qlobal iqtisadi böhranın təsiri ilə dünyada minlərlə şirkətin müflis olduğu bildirilib. Bu dəfə isə yarım əsrdir fəaliyyət göstərən köklü yük-karqo şirkəti iflas etdiyini açıqlayıb. Logistik.az xəbər verir ki, Almaniyada 50 ilə yaxındır fəaliyyət göstərən nəhəng yükdaşıma şirkəti olan “InstaFreight GmbH” məhkəməyə müflis olmaq üçün müraciət edib. İflasla bağlı şirkətin təsisçisi restrukturizasiya prosesinin müsbət nəticə verəcəyini bildirib. Bildirilib ki, şirkətin Berlin …

Ətraflı oxu »

Valensiya limanının konteyner dövriyyəsi artaraq 2,2 milyon TEU-ya çatıb

2024-cü ilin yanvar-may aylarında İspaniyanın Valensiya limanının ümumi yük dövriyyəsi 33,77 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 6% çoxdur. Logistik.az xəbər verir ki, beş ayın yekunlarına əsasən, limanda aşırılan konteyner yüklərinin həcmi 12,4% artaraq 2,2 milyon TEU-ya çatıb. Nəqliyyat vasitələri və avadanlıqların aşırılması 7,3 ​​faiz, çuqun və poladın işlənməsi 5,5 faiz, …

Ətraflı oxu »

Callao limanında 400 milyon dollar dəyərində iri layihəni başa çatdı

“DP World” şirkəti Perunun Callao limanında yanalma körpüsünün genişləndirilməsi layihəni başa çatdırıb. Bu da terminalın konteyner ötürmə qabiliyyətini 80% artıracaq. Ümumilikdə 400 milyon dollar dəyərində vəsait xərcləyən şirkət hesab edir ki, genişləndirilmə Cənubi Amerikanın qərb sahillərində ticarət axınları üçün mərkəz kimi Callaonun liderliyini gücləndirəcək. Logistik.az xəbər verir ki, yanalma körpülərinin uzunluğunun 650 metrdən 1050 metrə qədər artırılması cənub terminalına eyni …

Ətraflı oxu »

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun səkkizinci iclası keçirilib

24-26 iyun 2024-cü il tarixlərində Tehran şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) səkkizinci iclası keçirilib. Logistik.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və …

Ətraflı oxu »

“Culfa” tankerinin təmiri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankeri təmir olunub. Logistik.az ASCO-ya istinadən verdiyi məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Həmçinin avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları, sükan və köməkçi qurğuları, kinqston …

Ətraflı oxu »

Mahaçqala limanında yüklərin aşırılmasında artım müşahidə edilir

Yanvar-may aylarında Mahaçqala dəniz ticarət limanında yüklərin aşırılması 3% artıb. Məlumata əsasən, 2024-cü ilin 5 ayında limanda işlənmiş yüklərin ümumi həcmi 1 milyon 179 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyon 145 min ton olub. Quru yüklərin aşırılmasında  27,2% artım, maye yüklərin açırılmasında isə cüzi azalma qeydə alınıb. Aşırılan yüklərdə neft və neft məhsulları, həmçinin …

Ətraflı oxu »