Son əlavə olunan xəbərlər

Monteneqro və Azərbaycan arasında biznes əlaqələri genişlənir

Logistik.az xəbər verir ki, 28.06.2024 tarixində Podqoritsa şəhərində Monteneqro-Azərbaycan biznes forumu baş tutubdur. Tədbir zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə investisiya imkanlarının qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, tərəfdaşlığın genişləndirilməsi məqsədi ilə iş adamlarına hər iki ölkədə yaradılmış biznes və investisiya imkanları ilə bağlı təqdimatlar nümayiş olunub. AZPROMO-dan əldə olunan məlumata əsasən, Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq …

Ətraflı oxu »

Ceyms O’Brayn: Orta Dəhliz region üçün mühüm təşəbbüsdür

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib ki, Orta Dəhliz region üçün mühüm təşəbbüsdür. Onun sözlərinə görə, indiki vəziyyətdə Mərkəzi Asiya dövlətləri məhsulların ixracını Rusiya və ya Çin vasitəsilə həyata keçirməlidir: “Marşrutun Gürcüstandan keçib-keçməməsindən asılı olmayaraq, Azərbaycanın Xəzər dənizi vasitəsilə dünya bazarlarına tədarük edilən malların və nəhayət, xidmətlərin əldə edilməsi məsələsində çox böyük imkanları olduğunu …

Ətraflı oxu »

Çin investisiyası ilə Şərqi Afrikada limanlar şəbəkəsi yaradılacaq

Çinin dövlət şirkəti “China Harbor Engineering Company” 2024-cü ilin sonuna qədər Hind okeanı sahilində – Tanzaniyada (Şərqi Afrika) yeni balıqçılıq limanı inşa edəcək. İnvestisiyaların ümumi həcmi 111 milyon dolları keçəcək və layihənin icrası nəticəsində 30 min birbaşa və dolayı iş yeri açılacaq. Limanda balıq emalı zavodu, 90 tonluq soyuducu qurğu, o cümlədən logistika, təmir və texniki xidmət infrastrukturu olacaq. Layihə …

Ətraflı oxu »

“OOCL Denmark” adlı yeni konteyner gəmisi istifadəyə verilib

“Orient Overseas Container Line” (“OOCL”) 24 188 TEU-luq ekoloji cəhətdən təmiz növbəti yeni konteyner gəmisinə ad vermə mərasimi keçirib. Logistik.az-ın məlumatına əsasən bu barədə gəmiçiliyin mətbuat xidməti məlumat yayıb. “OOCL Denmark” adlandırılan gəmi Çinin “Dalian COSCO KHI Ship Engineering” (“DACKS”) tərsanəsində “OOCL” üçün tikilmiş altı gəmi seriyasının sonuncusudur. Qərargahı Honkonqda yerləşən “OOCL” 65 ölkədə 320-dən çox ofisi olan nəhəng konteyner daşımaları …

Ətraflı oxu »

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin yollarda idarə edilməsinə nəzarət gücləndirilir, cərimələr artırılır

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə nəzarət gücləndirilir. Logistik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki …

Ətraflı oxu »

Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji dəhlizi” layihəsi üzrə birgə müəssisədə iştirak edəcək

Bolqarıstanın Nazirlər Şurası ölkənin yaşıl enerjinin Bakıdan Mərkəzi Avropaya (Azərbaycan-Gürcüstan-Avropa) ötürülməsini nəzərdə tutan “yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib. Bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib. “Təşəbbüs Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında regional enerji təhlükəsizliyini və əlaqəni gücləndirmək, təchizatın diversifikasiyası, Xəzər regionunda bərpa olunan mənbələrdən enerji istehsalı …

Ətraflı oxu »

Husilər Hayfa limanında daha bir konteyner gəmisini vurduqlarını bildirdi

Yəməndə İranın dəstəklədiyi husilər İsrailin şimalındakı Hayfa limanında pilotsuz uçuş aparatları (PUA) ilə İsrail gəmisini vurduqlarını açıqlayıblar. İrana bağlı Husi qrupunun hərbi sözçüsü Yəhya Sari çərşənbə günü televiziya ilə çıxışında deyib ki, əməliyyat zamanı Portuqaliya bayrağı altında üzən MSC gəmi xəttinə məxsus “MSC Manzanillo” konteyner gəmisini hədəf alıblar. Səri PUA-larla həyata keçirilən “əməliyyat”da hədəfin uğurla vurulduğunu qeyd edib. Eyni zamanda …

Ətraflı oxu »

Silk Way West Airlines Çin Henan Aviasiya Qrupu ilə strateji tərəfdaşlıq qurur

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında “Air Cargo China 2024” sərgisində anlaşma memorandumu imzalanıb. Bu strateji tərəfdaşlıq Çjençjou ilə Bakı arasında hava yükdaşımalarının səmərəliliyini artırmaq üçün Asiya-Sakit Okean regionunu Avropa, Amerika və Afrika ilə birləşdirən möhkəm ikitərəfli hab modelini yaratmaq məqsədi daşıyır. “Silk Way West Airlines” ilk …

Ətraflı oxu »

Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Bu ilin may ayında Türkiyə limanları 5 min 289 gəmi qəbul edib. Logistik.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 566, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 723 olub. 2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min …

Ətraflı oxu »

Büdcəyə gömrük daxilolmaları azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 2 milyard 490,38 milyon manat təşkil edib. Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 43,2 % artaraq 894,977 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 16,7 % azalaraq 1 milyard 501,156 milyon …

Ətraflı oxu »