İstanbul yaxınlığında saya oturan yük gəmisi xilas edildi

İstanbul yaxınlarında sahilə çıxan “Lady Ayana” adlı gəmi xilas edilib.

Logistik.az xəbər verir ki, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinin sosial media hesabından edilən şərhdə, “Xilasetmə Mütəxəssisimizin koordinasiyası ilə 28 iyun 2024-cü ildə Ahırkapı lövbərində quruya çıxan “Lady Ayana” adlı gəmi; “Gemi Kurtaran”, “Kurtaran-5” və “Kural-10” yedək gəmilərimiz tərəfindən xilas edilib və yenidən üzməsi mümkün olub” bildirmişdir.

Gəminin eyni bölgədə təhlükəsiz yerdə lövbər saldığı bildirilib.

Rusiyadan Tunisə gedən “Lady Ayana” adlı 169 metr uzunluğunda quru yük gəmisi iyunun 28-də sahilə çıxaraq saya oturmuşdu.