Liman xəbərləri

Texasda əsas limanlar bağlanıb

Logistik.az xəbər verir ki,  “Houston”, “Corpus Christi”, “Galevston”, “Freeport” ve “Texas City” limanları Beril qasırğasının potensial təsiri səbəbindən bazar ertəsi bağlanıb. Qeyd edək ki, bu barədə ABŞ-nin Sahil Təhlükəsizliyi İdarəsi qərar qəbul edib. ABŞ-ın ən böyük enerji limanı olan “Corpus Christi” limanı onlarn Qasırğaya Hazırlıq Səviyyəsinin 1-ci dərəcəli (yüksək hazırlıq) olduğunu bildirib.    

Ətraflı oxu »

Bəndər-Abbas limanı yaxınlığında gəmi qəzaya uğrayıb

İranın “Sahand” freqatı Bəndər-Abbas limanı yaxınlığındakı hərbi dəniz bazasında qəzaya uğrayıb. Hadisə nəticəsində gəmi çevrilib və bir hissəsi suya batıb. ISOICO şirkətinin baş direktoru Salman Zarbi bildirib ki, ilkin ehtimala görə, qəzaya təmir zamanı gəminin ballast çənində problemlərin yaranması və ya şaxtadan freqata su daxil olması səbəb olub. O, gəminin sudan çıxarılaraq təmir edilməsinin mümkün olduğunu da söyləyib. Xəsarət alanlarla …

Ətraflı oxu »

Çindən 13 günə ABŞ-ın qərb sahilinə yüklər çatacaq

ZIM Integrated Shipping Services Ltd. ( ZIM ) Mərkəzi Çini ABŞ-ın Qərb Sahili ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş ZIM Central China Xpress (ZX2) adlı innovativ premium xidmət təqdim etdi. Logistik.az xəbər verir ki, 3 iyul 2024-cü ildə fəaliyyətə başlayan ZX2 xidməti, Ningbodan Los-Ancelesə cəmi 13 günlük sənayenin ən sürətli tranzit müddətinə malikdir. Bu yüksək səviyyəli xidmət müştərilərə bir sıra üstünlüklər təklif edir …

Ətraflı oxu »

Sinqapur limanı artan konteyner sıxlığı içində genişlənir

Logistik.az xəbər verir ki, Sinqapur limanının yükdaşıma qabiliyyətini artırmaq üçün yeni meqa limanda üç əlavə yanalma körpüsündən birincisi iyulun 1-dən fəaliyyətə başlayıb. Bu addım Sinqapur liman terminallarında daha çox tıxacın qarşısını almaq üçün atılıb, çünki bir çox konteyner gəmiləri limanda öz növbələrindən çox gecikmələrə məruz qalır. Tuas limanının digər iki yanalma körpüsü bu ilin oktyabr və dekabr aylarında istifadəyə veriləcək. Liman …

Ətraflı oxu »

“Arkas” iki mükafata layiq görüldü

Logistik.az xəbər verir ki, Arkas “3-cü Türkiyə Dəniz Zirvəsində” “Ən çox Türk Dənizçisini İstihdam edən Şirkət” və “Ən çox Türk Bayrağı Altında Gəmi İşlədən Şirkət” kateqoriyalarında mükafatlar aldı. Bu il üçüncü dəfə təşkil edilən “Türkiyə Dəniz Zirvəsi” İstanbulun Tersane şəhərində keçirilib. Arkas, Türkiyənin xarici ticarətinə verdiyi töhfəyə görə “Ən çox Türk Dənizçisini İstihdam edən Şirkət” və “Ən çox Türk Bayrağı Altında …

Ətraflı oxu »

Azərbaycan bayrağı altında ilk gəmi ABŞ limanına yan alıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına yeni əlavə edilən “Handysize” tipli “Xocalı” gəmisinin ilk səfəri uğurla yekunlaşıb. Logistik.az ASCO-ya istinadən xəbər verir ki, gəmi Cənubi Koreyanın “Bukpyung” limanından qəbul etdiyi 30 min 800 ton sement yükünü Amerika Birləşmiş Ştatlarının “Portland” limanına çatdırıb, artıq yük gəmidən boşaldılıb. 20 gün davam edən səfər çərçivəsində “Xocalı” ümumilikdə 8 390 kilometr məsafə qət edib. Bu səfərlə Azərbaycanın …

Ətraflı oxu »

Atlantik okeanında qayıq batıb

Mavritaniya Sahil Mühafizə Xidmətinin əməkdaşları Atlantik okeanında batmış qayıqdan 89 miqrantın cəsədini çıxarıblar. Bu barədə BBC telekanalı məlumat yayıb. Məlumatda qeyd edilib ki, xilasetmə əməliyyatı zamanı 5 yaşlı qız da daxil olmaqla 9 nəfər xilas edilib, lakin onlarla insan itkin düşüb. Sağ qalanların dediyinə görə, ənənəvi balıqçı qayığı olan kiçi gəmi keçən həftə göyərtəsində 170 nəfərin olduğu Seneqal-Qambiya sərhəd bölgəsindən …

Ətraflı oxu »

Karasu Limanı Türkiyənin Avropaya açılan yeni logistika qapısı olacaq

  Karasu limanından yeni Ro-Ro xətti Türkiyə ilə Avropa arasında ticarətin sürətləndirilməsinə, xərclərin azaldılmasına və ətraf mühitə təsirlərin azaldılmasına əhəmiyyətli töhfələr verəcək. Nəqliyyatçılar, ixracatçılar və idxalçılar üçün yeni bir mərhələ başlayır. Logistik.az xəbər verir ki, “IC İnfrastructure Enterprise” nəzdində fəaliyyət göstərən Karasu Limanı yeni dövrə qədəm qoyur. Mərmərə Bölgəsindən Qara dənizə keçid qapısı kimi xidmət edən və Boğazda gəmi trafikinin …

Ətraflı oxu »

Long Beach limanı Qərb Sahilinin ən yaxşı dəniz limanı kimi seçilib

Logistik.az xəbər verir ki, Long Beach limanı Asia Cargo News oxucuları tərəfindən ardıcıl altıncı ildir ki, Şimali Amerikanın Ən Yaxşı Qərb Sahil Dəniz Limanı seçilib. Bu mükafat iyunun 25-də Şanxayda keçirilən Asiya Yük, Logistika və Təchizat Zənciri Mükafatları zamanı elan edilib. Asia Cargo News, xidmət keyfiyyəti, innovasiya, müştəri münasibətlərinin idarə edilməsi və etibarlılıqda liderlik və ardıcıllıq nümayiş etdirdiklərinə görə logistika …

Ətraflı oxu »

Sinqapur limanı Qırmızı Dəniz krizisinə görə 90% gəmi gecikmələri ilə üzləşir

Sinqapurun Nəqliyyat naziri Chee Hong Tat-ın sözlərinə görə, konteyner gəmilərinin demək olar ki, 90%-i Sinqapura qrafikdən kənar gəlir ki, bu da 2023-cü ilə görə müqaisədə 77%-dən çox artım deməkdir. Logistik.az xəbər verir ki, Qırmızı dəniz böhranına görə davam edəm gecikmələr və gəmilərin Ümid burnu ətrafından Avropa və Asiya arasında daha uzun marşrutlara keçməsi də dəniz nəqliyyatı və konteyner dövriyyəsində əhəmiyyətli …

Ətraflı oxu »