BYD ilə əməkdaşlıq çərçivəsində 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatının alışı, 2025-ci ildən yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması dayanıqlı inkişafda əsas hədəflərdəndir. Bu məqsədlə İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri tərəfindən ölkəmizin avtobus …
Ətraflı oxu »Ticarət xəbərləri
Ağdamda siqaret istehsal ediləcək
“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və əhalinin məşğulluğunun təmin olunması məqsədilə “Tabaterra” QSC tərəfindən həm Ağdam şəhərində, həm də Qubadlı rayonunda investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulub”. Bunu Şuşada təşkil olunan “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edərkən QSC-nin direktoru Elman Cavanşir deyib. Onun sözlərinə görə, Ağdam şəhərində yatırılmış investisiya həm …
Ətraflı oxu »Daşıma şirkətlərinə qiymətlər ilə bağlı GÖSTƏRİŞ
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədəki daşıma şirkətlərinə təqdim olunan xidmətlərin qiymətlərinin manatla göstərilməsi barədə göstəriş verib. Logistik.az-ın əldə elədiyi əlumata görə, qurumda xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə iştirakçılara istehlakçılardan daxil olmuş müraciətlər, mediada yayılmış məlumatlar əsasında Dövlət Xidmətinin apardığı araşdırmaların nəticələri barədə məlumat …
Ətraflı oxu »Azərbaycandan Türkiyəyə satılan bəzi məhsullara gömrük rüsumu azaldı – SİYAHI
İyulun 1-dən etibarən Türkiyə Azərbaycandan idxal etdiyi məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmini azaldıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq sənədin mətni “Resmi Gazete”də dərc olunub. Türkiyə hökumətinin müvafiq rüsum cədvəlinə əsasən, Azərbaycandan idxal edilən heyva, tut, dəmirdən hazırlanan yarımfabrikatlar və s. kimi məhsulların gömrük tariflərinə yenidən baxılıb. Yeni idxal qaydalarına uyğun olaraq, Azərbaycandan tut və heyva …
Ətraflı oxu »Azərbaycan Qazaxıstanda keçiriləcək “Şimal-Cənub” forumunda iştirak edəcək
Azərbaycan iyulun 19-20-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək I “Şimal-Cənub” Nəqliyyat, Ticarət və İxrac Forumunda iştirak edəcək. Bu barədə Qazaxıstanın “QazTrade” SC-nin Qeyri-Resurs İxracının Təşviqi İnstitutuna istinadən xəbər verir. “Foruma Qazaxıstanın Baş nazirinin müavini Serik Jumanqarin sədrlik edəcək. Tədbiri Nəqliyyat Nazirliyi təşkil edəcək”, – məlumatda qeyd edilib. Tədbirdə Azərbaycanla yanaşı Ermənistan, Əfqanıstan, Belarus, Hindistan, İran, Oman, Pakistan, Rusiya, Suriya, Türkmənistan, BƏƏ-dən …
Ətraflı oxu »Azərbaycan ilə daha bir ölkə arasında ikiqat vergitutma aradan qaldırılır
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır. Logistik.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Ətraflı oxu »Monteneqro və Azərbaycan arasında biznes əlaqələri genişlənir
Logistik.az xəbər verir ki, 28.06.2024 tarixində Podqoritsa şəhərində Monteneqro-Azərbaycan biznes forumu baş tutubdur. Tədbir zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə investisiya imkanlarının qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, tərəfdaşlığın genişləndirilməsi məqsədi ilə iş adamlarına hər iki ölkədə yaradılmış biznes və investisiya imkanları ilə bağlı təqdimatlar nümayiş olunub. AZPROMO-dan əldə olunan məlumata əsasən, Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq …
Ətraflı oxu »Çin şirkəti Azərbaycandan xaricə 4 milyon kvadratmetr plitə ixrac edəcək
Sumqayıt Kimya Sənaye Parkının keramik plitələr (kafel, metlax) istehsalı ilə məşğul olan rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin bu il ərzində 4 milyon kvadratmetr məhsul ixrac edəcəyi gözlənilir. Qeyd edilib ki, ötən ilin oktyabrından fəaliyyətə başlayan “Azərbaycan Vanhong Ceramics Co.” 110 min kvadrat metr sahəni əhatə edən məhsul ixrac edib. Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə istehsal …
Ətraflı oxu »Hacıqabul Sənaye Parkı: yeni status – yeni imkanlar
Sənaye zonaları bu gün Azərbaycan iqtisadiyyatının dinamik inkişafının drayverlərindəndir. Bu sənaye mərkəzləri iqtisadi resursların şaxələndirilməsi, neft sektorundan asılılığın azaldılması və qeyri-neft-qaz sektorunda davamlı artımın stimullaşdırılmasında mühüm rol oynayır. Qlobal iqtisadi proseslər və transformasiyalar nəticəsində yaranan müasir çağırışlar kontekstində Azərbaycanın qarşısında mühüm vəzifələr durur. Sənaye zonaları qeyri-neft-qaz sektorunun rəqabət qabiliyyətinin artırılması, biznes mühitinin yaxşılaşdırılması, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, …
Ətraflı oxu »“5-ci yerli şirkətlərin tanıtım sərgisi” 2-ci gününü başa vurdu
İyunun 24-də başlayan Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “5-ci yerli şirkətlərin tanıtım sərgisi” davam etməkdədir. Logistik.az xəbər verir ki, “5-ci yerli şirkətlərin tanıtım sərgisi” Azərbaycanda yerli inkişaf edən şirkətlərin təqdim edildiyi vacib bir tədbirdir. Bu sərgi, her il keçirilərək, şirkətlərə innovativ məhsullarını və texnologiya tətbiqlərini göstərmə imkanı verir. Sərgi, …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı