Logistik.az xəbər verir ki, DB Schenker Mançesterdə 11 milyon funt sterlinq dəyərində yeni logistika mərkəzi açır. Logistika xidmətləri təqdim edən “DB Schenker” Mançesterdəki Trafford Parkında yeni tikilmiş mərkəzin açılışını elan etdi. Qeyd edək ki, 11 milyon funt sterlinqlik mərkəz 2,3 hektar ərazidə yerləşir və təxminən 47,500 fut² anbar və 7,500 fut² ofis sahəsini əhatə edir ki, bu da kifayət qədər əhəmiyyətli …
Ətraflı oxu »Ticarət xəbərləri
Husilər daha üç gəmini vurdu
Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə üç gəmini vurduqlarını açıqlayıblar. Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Oman dənizində iki gəmini və bir ABŞ esminesini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını iddia ediblər. Logistik.az xəbər verir ki, Husilərin “Əl-Mesirah” televiziya kanalına danışan Hərbi sözçüsü Yəhya Seri, “Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdilər” açıqlayıb. Qırmızı dənizdə …
Ətraflı oxu »Tikinti kimyəvilərin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir
Logistik.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir. Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Zavodda tikinti kimyəvilərin istehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müxtəlif təyinatlı …
Ətraflı oxu »Xaricə alma satanlar 5 ayda 22 milyon dollardan çox – PUL QAZANIB
2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 22 milyon 251 min dollar dəyərində 33 min 367 ton alma ixrac olunub. Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə1 milyon 346 min dollar və ya 6%, miqdar ifadəsilə 1 085 ton və ya 3% artıb. 2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 20 milyon 905 min dollar dəyərində 32 min 282 ton …
Ətraflı oxu »Azərbaycanda hazır gümüş ehtiyatı 64% artıb
2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 1 363 ton gümüş istehsal edilib. Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 431,5 ton və ya 24% azalıb. 2023-cü ilin yanvar-may aylarında bu göstərici 1 794,5 ton təşkil edib. 01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 684,2 ton təşkil edib ki, bu da illik müqayisədə 266,7 ton və ya 63,9% çoxdur. Ötən ilin eyni dövründə …
Ətraflı oxu »Azərbaycanda əhali 5 ayda – 2,8 MİLYARD MANATLIQ GEYİM ALIB
2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 821,5 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb. Logistik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-may aylarına nisbətən 5% çoxdur. Bu ilin ilk beş ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 13,1% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Ətraflı oxu »ÜDM istehsalı Azərbaycanda 4%-dən çox artıb
2024-cü ilin yanvar-may aylarında ölkədə 48 milyard 26 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 faiz artmış, neft-qaz sektorunda isə eyni səviyyədə qalıb. ÜDM istehsalının 39,7 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi …
Ətraflı oxu »Beş ayda Azərbaycanda 800 kq-a yaxın qızıl istehsal edilib
2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda 792 kq qızıl, 1363 kq isə gümüş istehsal edilib. Logistik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.7%, gümüş istehsalı isə 24% azalıb. Qeyd edək ki, 2024-cü il iyun ayının 1-nə Azərbaycanda gümüş və qızılın hazır məhsul ehtiyatı müvafiq olaraq 684.2 kq və 204.5 kq …
Ətraflı oxu »Azərbaycana idxal olunan elektrik mühərrikli avtomobillərin sayı KƏSKİN ARTIB
2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 648 milyon 457 min dollar dəyərində 35 570 ədəd avtomobil idxal olunub. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən bildirilib. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 11,7% və ya 4 694 ədəd azalıb, dəyəri isə 6% və ya 36,5 milyon dollar artıb 2023-cü ilin müvafiq dövründə Azərbaycana 611 milyon …
Ətraflı oxu »Sənaye Parkında yeni rezident – 20 MİLYON MANAT YATIRACAQ
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – “Galenka Azərbaycan” MMC qeydiyyata alınıb və Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, “Galenka Azərbaycan” MMC tərəfindən ABŞ, Hindistan, Çin, Almaniya və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan baytarlıq preparatları, yem qatqı məhsulları, vitaminlər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri istehsal edəcək zavod inşa olunacaqdır. …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı