2024-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində respublikada 20,9 milyard kubmetr təbii qaz hasil edilib. Energetika Nazirliyinin məlumatına görə, qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 11,6 milyard kubmetri “Şahdəniz”, 0,65 milyard kubmetri “Abşeron”, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,7 milyard kubmetr artımla qaz hasil edilib. 5 ay ərzində xaricə qaz …
Ətraflı oxu »Ticarət xəbərləri
Gürcüstanın Milli Bankı milli valyutanı sabitləşdirmək üçün külli miqdarda ehtiyatlar alır
Gürcüstan Milli Bankı (MBG) larinin məzənnəsini sabitləşdirmək üçün ötən ay öz ehtiyatlarından 168,7 milyon dollar satıb ki, bu da bütün 2023-cü il üçün valyuta müdaxilələrinin həcmindən 1,2 faiz çoxdur. Lakin larinin ucuzlaşması mayın 15-də Gürcüstan parlamenti tərəfindən qəbul edilən xarici agent haqqında qanun layihəsinin üçüncü oxunuşunun bütün ölkədə geniş nümayişlərə səbəb olması və ABŞ və Aİ-nin tənqidinə səbəb olması ilə …
Ətraflı oxu »“Silk Way West Airlines” Qırğızıstandan Azərbaycana yak daşınmasını uğurla həyata keçirib
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan “Silk Way West Airlines” Qırğızıstandan Azərbaycana 116 yakın daşınmasını uğurla həyata keçirib. Bu missiya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında Kəlbəcərdə heyvandarlıq proqramını gücləndirmək məqsədilə həyata keçirilib və aviaşirkətin kənd təsərrüfatının dayanıqlı inkişafına dəstəyini nümayiş etdirir. Azərbaycanın kənd təsərrüfatı biomüxtəlifliyi üçün önəmli olan yaklar Bişkek Manas Beynəlxalq Hava Limanından Gəncə …
Ətraflı oxu »Azərbaycanın Çində dəmir yolu terminalı almaq ehtimalı var
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Çində terminal almaq, yaxud tikmək imkanlarını nəzərdən keçirir. Bunu açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib. “Çin bazarı Azərbaycan üçün prioritetdir. Buna görə də həmin ölkəyə ayırca nümayəndə təyin etməyə qərar vermişik. Hazırda ADY Çin bazarında araşdırma aparır, gələcəkdə ola bilər ki, Çində nümayəndəlik açaq. Daha sonra Çində terminal almağı və yaxud tikməyi düşünürük. Çin bazarına …
Ətraflı oxu »Avstriyanın yükdaşıma şirkəti bu ay Orta Dəhlizlə Çinə blok qatarı göndərəcək
Bu ay “Avstriya Dəmir Yolları”nın yükdaşıma şirkəti – “Rail Cargo” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çinə blok qatarı göndərəcək. Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib. Onun sözlərinə görə, Avstriya Dəmir Yolları ilə ciddi razılıq əldə edilib: “Onları bu marşruta yenidən gəlməyə inandırdıq. Onlar Orta Dəhlizdən əvvəl istifadə ediblər”. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, …
Ətraflı oxu »Çin Azərbaycanda investisiya imkanlarını harada görür?
İkitərəfli iqtisadi əməkdaşlığı artırmaq üçün Bakı və Pekin ticarət əlaqələrini gücləndirməli və həm idxala, həm də ixraca diqqət yetirərək ticarət həcmini artırmağa davam etməlidir. 2024-cü ilin yanvar-fevral aylarına olan məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsi 25% artıb. Aşağıda Çin və Qloballaşma Mərkəzinin prezidenti və təsisçisi Huiyao Vanqın Azərbaycan və Çin arasında ticarət və əməkdaşlıq haqqında fikirlərini təqdim edirik . “Diqqət bu …
Ətraflı oxu »Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı istifadəyə verilib
İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçirilən hərracda Laçındakı “Əhmədli” mişar daşı və Qubadlıdakı “Hacılı” əhəng daşı yataqları sahibkarların istifadəsinə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə – Şərqi Zəngəzur iqtisadi rayonunda hərrac keçirilib. İyunun …
Ətraflı oxu »Rəşad Nəbiyev: “Azərbaycanın nəqliyyat gəlirləri 13 % artıb”
Bu ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 5,4 milyard manat təşkil edib. Logistika.az informasiya verir ki, bu haqqda Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1 % çoxdur. Ötən il bu göstərici 4,8 milyard manat olub. Bu ilin may ayında ölkənin nəqliyyat gəlirləri bir il öncəki göstəriciyə nisbətən 8,8 % azalaraq 1,216 milyard manata enib.
Ətraflı oxu »Azərbaycanda 5 ayda illik inflyasiya 0,6 % olub
Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 %, qeyri-qida məhsulları üzrə 101,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib. Logistik.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu ilin may istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100,3 %, o cümlədən qida məhsulları, …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı