Ticarət xəbərləri

150-dən çox yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

İyunun 24-də Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib. Logistik.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına əsasən bildirir ki, sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Milli …

Ətraflı oxu »

Azərbaycan və Rusiya arasında ödənişlərlə bağlı ciddi dəyişikliklər ola bilər

Rusiya və Azərbaycan milli valyutalarla hesablaşmalara keçmək məsələsini müzakirə edirlər.Bu barədə Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru İvan Timofeyev deyib. “ABŞ-nin Moskva birjasına qarşı son sanksiyalarından sonra hesablaşmalarda problemlər yarandı. Hazırda Moskva və Bakı arasında milli valyutalara keçmək barədə danışıqlar gedir”, – deyə Timofeyev bildirib.     Mənbə: RİA Novosti

Ətraflı oxu »

Qara və əlvan metal ixracına tətbiq olunan gömrük rüsumları artırılacaq

Qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma, kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmiş məqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatları daxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumları artırılacaq. Bu, Prezident İlham Əliyevin “Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının …

Ətraflı oxu »

“5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir

Logistik.az xəbər verir ki, Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir. Sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil, digər sahələr üzrə məhsul və xidmətləri nümayiş olunur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini və yerli məhsulları geniş kütləyə tanıtmaq, onların yeni bazarlara …

Ətraflı oxu »

Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısında DƏYİŞİKLİK

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısına dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Həmin siyahı ilə bu linkdən tanış olmaq mümkündür.   Istinad: Oxu.az

Ətraflı oxu »

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8,25 faizə səviyyəsində dəyişməz saxlanılıb. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub. İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə …

Ətraflı oxu »

SOCAR Bolqarıstanda sənaye müştərilərinə təbii qaz tədarükünə başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlayıb. SOCAR-dan  bildirilib ki, təbii qaz tədarükü Azərbaycan və Bolqarıstan hökumətləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlığın daha da inkişafını nəzərdə tutan sazişə, həmçinin SOCAR-ın Avropa qaz bazarında kommersiya iştirakının genişləndirilməsi strategiyasına uyğun olaraq həyata keçirilir. SOCAR, “M-Gaz” və “Asarel Medet” şirkətləri arasında uğurlu əməkdaşlıq nəticəsində …

Ətraflı oxu »

“STP Şirkətlər Qrupu” yeni əməkdaşlığa imza atıb

“Almet Holding” ASC və “STP Şirkətlər Qrupu” arasında qrupa məxsus Armatur İstehsalı Zavodunun idarə edilməsinə dair birgə əməkdaşlığa imza atılıb. Tərəflərin imzaladığı müqaviləyə əsasən, “Almet Holding” ASC-nin törəmə şirkəti olan “ASPM” MMC sözügedən zavodda armaturun istehsalını həyata keçirəcək. “STP Şirkətlər Qrupu” tərəfindən verilən məlumatda, zavodun fəaliyyətində məhsuldarlığın artırılması baxımından bu tərəfdaşlığın çox səmərəli olacağı vurğulanıb. İstehsalat prosesində tərəflərin potensial və …

Ətraflı oxu »

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd az minik avtomobili istehsal olunub

2024-сü ilin yanvar-may aylarında (ilk 5 ayda) Azərbaycanda 1389 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd az (12,2% az) minik avtomobili istehsal olunub. Logistik.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, minik avtomobilləri üzrə 01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 276 ədəd təşkil edib. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 11,3 faiz …

Ətraflı oxu »

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağda da əkiləcək

Türkiyənin bir sıra bölgələrindən Azərbaycana 100 min ədəd ağac tingi göndərilib. Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsindən bildirilib. Məlumatda qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında köklü əlaqələr meşə təsərrüfatı sahəsində aparılan birgə işlərlə daha da möhkəmlənir. “Azərbaycanla siyasi, iqtisadi və hərbi məsələlərdə əməkdaşlıq etməklə yanaşı, meşə təsərrüfatı sahəsində də uğurlu layihələr həyata keçirilir. …

Ətraflı oxu »