Son əlavə olunan xəbərlər

Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq

Sentyabrın 17-19-da Bakıda “Qara Dəniz – Xəzər Logistika Forumu 2023: dəhlizlər, yüklər, infrastruktur” adlı beynəlxalq konfrans və sərgi keçiriləcək. Bu barədə tədbirin təşkilatçısı “Rdl Group” şirkəti xəbər verir. Forumda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üçün yeni imkanlar, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit platforması kimi potensialı; nəqliyyat dəhlizinin əsas halqası olan Qazaxıstan və Gürcüstan ərazisi ilə tranzit məsələləri …

Ətraflı oxu »

Orta Dəhlizlə yükdaşımalar 62 % artıb

Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 2,5 milyon ton yük daşınıb. Qazaxıstan Nəqliyyat Nazirliyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 % çoxdur. Nazirlik bu il TBNM vasitəsilə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə 2023-cü ildə Orta Dəhlizlə yükdaşımalar 2022-ci illə müqayisədə 65 …

Ətraflı oxu »

Gürcüstan ilə gömrük sərhəddində yük nəqliyyat vasitələrinin sayı

Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhədlərdə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı ötən günlərə nəzərən nisbətən sabitdir və gözləyən yük avtomobillərinin sayı 510 civarındadır. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 190 civarındadır. …

Ətraflı oxu »

Yaponiya yüklərin Orta Asiya və Xəzər dənizi ilə Avropaya çatdırılmasını maliyyələşdirəcək

Yaponiya hökuməti ölkədən yüklərin Mərkəzi Asiya və Xəzər dənizi vasitəsilə Avropaya daşınması üçün yeni marşrutun yaradılmasına vəsait ayırmağı planlaşdırır. Bu barədə “The Japan Times”a istinadən xəbər verir. “Yaponiyanın baş naziri Fumio Kişida Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri ilə görüşdə Orta Asiyaya iqtisadi yardım paketi elan etməyi planlaşdırır. Yardım paketi Avropaya yeni ticarət marşrutunun yaradılmasını nəzərdə tutur”, – nəşr qeyd …

Ətraflı oxu »

ABŞ Yaxın Şərq və daha iki bölgəyə 12 hərbi gəmi göndərib

Birləşmiş Ştatlar İsrailin İran və Livana endirdiyi hava zərbələrinin fonunda hərbi eskalasiyanı nəzərə alaraq, Yaxın Şərq regionu, Körfəz və Aralıq dənizi akvatoriyasına ümumilikdə 12 hərbi gəmi göndərib. Bu barədə “The Washington Post”a məlumatı Pentaqondakı mənbə təqdim edib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Məlumatda, həmçinin qeyd olunub ki, son günlər HƏMAS və “Hizbullah” qruplaşmasının yüksəkrütbəli üzvlərinin İsrail tərəfindən öldürülməsindən …

Ətraflı oxu »

Səhər saatlarından alışan gəmi hələ də yanır – Helikopterdən çəkilmiş GÖRÜNTÜLƏR

Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. FHN-dən əldə edilən məlumata əsasən qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 10:38 Bu gün səhər saatlarında yanğının baş verdiyi gəmi “bp Azerbaijan” şirkətinin sifarişi ilə “Azəri-Çıraq-Günəşli” …

Ətraflı oxu »

Polşa və Azərbaycan Orta Dəhlizin potensialının genişləndirilməsinə diqqət yetirirlər

Polşa və Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutu olan Orta Dəhlizə strateji diqqət yetirməklə iqtisadi əməkdaşlığı genişləndirirlər. Artan bu tərəfdaşlıq hər iki ölkənin öz coğrafi üstünlüklərinin tanınmasını və qarşılıqlı iqtisadi mənfəət üçün bu aktivlərdən istifadə etmək öhdəliyini əks etdirir. Polşanın Azərbaycandakı səfiri Rafał Poborski bu yaxınlarda verdiyi müsahibədə Orta Dəhlizin böyük iqtisadi potensiala malik yeni inkişaf edən layihə …

Ətraflı oxu »

“Atlet-8” kran gəmisi əsaslı təmir olunub.

Logistik.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaydığı məlumata əsasən, Xəzər Dəniz Neft Donanmasına məxsus “Atlet-8” kran gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.Təmir müddətində 40 ton yükqaldırma qabiliyyətinə malik olan kranın, baş və köməkçi mühərriklərin, nasosların, boru sistemlərinin əsaslı təmir işləri aparılıb. Gəminin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxana  təmir olunub. …

Ətraflı oxu »

İstanbulda boğazdan 416 milyon ton yük daşınıb

Logistik.az xəbər verir ki, Bosfor boğazından 416 milyon ton yük daşınıbdır. Bunu açıqlamasında Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildiribdir. O, açıqlamasından bildirib ki, 2023-cü ildə cəmi 39 min gəmi hərəkəti ilə 416 milyon ton yük daşınıb və bu yüklərin təxminən 165 milyon tonu təhlükəli yüklər və neft olubdur. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Uraloğlu dünyanın ən əhəmiyyətli …

Ətraflı oxu »

Manila körfəzi bölgəsi daha da çirklənir, ikinci tanker qəzaya uğrayıb

Logistik.az xəbər verir ki, Bataan yarımadasının sahillərində ikinci tankerin batması Manila körfəzi bölgəsinin daha da çirklənməsinə səbəb olub. Filippin Sahil Mühafizəsi  bildirib ki, “Jason Bradley” tankeri iyulun 27-də axşam buxtanın girişində batıbdır. “PSG” tərəfindən çirklənməni izləmək üçün bölgəyə göndərilən gəmilər dənizdə neft ləkəsi aşkar edib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə İkinci hadisə isə iyulun 25-də “Terra  Nova” qasırğasının yaratdığı sərt hava şəraitində batan …

Ətraflı oxu »